Qərb sahilində gərginlik davam edir
İnformasiya mənbələri xəbər veriblər ki, dünən gecə qərb sahilində baş verən döyüşlər və iğtişaş nəticəsində otuz beş fələstinli yaralanıb.
SəhərAzəri-nin məlumatına əsasən, Qərb sahilinin şimalında- Nablus şəhərinin cənubunda yerləşən Bita qəsəbəsində onlarla fələstinli gənc sionist hərbçilərlə döyüşüb. Nəticədə otuz beş fələstinli bədən xəsarəti alıb.
Ramullahın şimal-qərbində yerləşən Nəbi Saleh kəndində də sionist hərbçilər fələstinli gənclərə hücum ediblər. Onlar metal güllələr atmaq və gözyaşardıcı qaz buraxmaqla fələstinli gənclərdən bir qrupunu yaralayıblar.
Əlbirə və Beyt-Ləhmdə də fələstinli gənclərlə sionist hərbçilər arasında toqquşmalar baş verib. Yaralananlar olub.
Sionistlər mübarək ramazan ayı başlanandan bəri qərb sahilində və işğal olunmuş Qüdsdə fələstinlilərə qarşı hücumlarını artırıblar.
Fələstinli əsirlər üzrə araşdırma mərkəzi çərşənbə günü gecə bildiribdir ki, sionist rejim mübarək ramazan ayının əvvəlindən bəri qəsb olunmuş ərazilərdə fələstinlilərin həbs edilmələrini şiddətləndiribdir.
Bundan qabaq fələstinli qruplar sionistlərin Fələstin xalqına qarşı intensiv hücumlarının təhlükəli nəticələri haqda xəbərdarlıq etmişdilər.