Apr 15, 2022 14:28 Asia/Baku
  •  Məscidüləqsa
    Məscidüləqsa

İslam Əməkdaşlığı Təşkilatı sionist qəsəbə sakinlərinin sionist hərbçilərin himayəsi və müşayiəti ilə Məscidüləqsaya basqınını pisləyib.

SəhərAzəri-nin məlumatına əsasən, Təşkilat bu gün bir bəyanatda ekstremist qəsəbə sakinlərindən ibarət olan qrupların Məscidüləqsanın ərazisində fələstinlilərə qarşı təhdidlərilə bağlı xəbərdarlıq edib.

İslam Əməkdaşlığı Təşkilatının baş katibi Hüseyn İbrahim Taha bölgədə səbatsızlığı, ifratçılığı və dini toqquşmanı qızışdıran/ müqəddəs məkanların hörmətinin ardıcıl şəkildə pozulması və özbaşına surətdə fələstinlilərin qırğın edilmələrinin davam etməsinin ehtimal edilən nəticələrində sionist rejimin tam məsuliyyət daşıdığını bildirib.

Digər tərəfdən, BMT-nin baş katibi Antonio Quterreş dünya ictimaiyyətindən, xüsusən bu təşkilatın təhlükəsizlik şurasından istəyibdir ki, işğal olunmuş ərazilərdə müqəddəs məkanların hörmətinin ardıcıl şəkildə pozulmasına və fələstinlilərə qarşı hücumlara görə, sionist rejimi pisləsinlər.

 

Teqlər