Apr 18, 2022 13:49 Asia/Baku
  • Məscidüləqsa
    Məscidüləqsa

Sionist rejim hərbçiləri və sionist qəsəbə sakinləri yenidən Məscidüləqsaya basqın edib və məsciddəki fələstinlilərlə toqquşublar.

SəhərAzəri-nin məlumatına əsasən, Bu istiqamətdə Əlcəzirə telekanalı bildirib ki, sionist rejim hərbçilərin yaşıl işığı ilə bu gün səhər Məscidüləqsanın ərazisinə daxil olan onlarla sionist qəsəbə sakini anti-İslam şüarlar verib. "Sionist rejimin təhlükəsizlik qüvvələri qəsəbə sakinlərinin təhlükəsizliklərini təmin etmək üçün Məscidüləqsanın müxtəlif bölmələrində yerləşiblər",- deyə məlumatda bildirilir.

Cenin şəhərindəki yerli mənbələr də bildiriblər ki, bu şəhərdə sionistlərlə fələstinlilər arasındakı şiddətli döyüşlər zamanı indiyədək iki fələstinli ağır şəkildə yaralanıb.

Dünən də sionist rejim hərbçiləri və sionist qəsəbə sakinləri Məscidüləqsaya basqın edib və fələstinlilərlə toqquşmuşdular. Nəticədə indiyədək on yeddi fələstinli yaralanıb.

 

Teqlər