Apr 25, 2022 11:25 Asia/Baku
  • Seyid Həsən Nəsrullah
    Seyid Həsən Nəsrullah

Livan Hizbullahının baş katibi vurğulayıb ki, hamı əməkdaşlıq etməli və başqalarının ölkəni münaqişə və fitnəyə sürükləməsinə imkan verməməliyik.

SəhərAzəri-nin məlumatına əsasən, "Əl-Minar"ın məlumatına görə, Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah dünən axşam Mübarək Ramazan ayının 23-ü gecəsi və Qədr gecəsi münasibəti ilə çıxış edib.

Nəsrullah Livanın şimalında yerləşən Tripoli sahillərində qeyri-qanuni livanlı miqrantları daşıyan qayığın batması ilə bağlı başsağlığı verib və vurğulayıb: "Biz heç kimin ölkəni fitnəyə sürükləməsinə imkan verməməliyik və bu hadisə milli səviyyədə qiymətləndirilməlidir". 

Seyid Həsən Nəsrullah bu cür hadisələrin təkrarlanmaması üçün hadisə ilə bağlı tez bir zamanda araşdırma aparılmasını, onun səbəbkarlarının müəyyən edilməsi və cəzalandırılmasını istəyib. 

Şənbə günü içində təxminən 60 qeyri-qanuni miqrantın olduğu qayıq Tripoli limanı yaxınlığında batıb. Hadisə nəticəsində biri uşaq olmaqla 14 nəfər həyatını itirib. 

Livan Hizbullahının baş katibi sözlərinin davamında Əfqanıstanın Kunduz şəhərində məscidə edilən vəhşi hücumu şiddətlə qınayıb və deyib: "Əfqanıstanın Məzari-Şərif şəhərində və ölkənin müxtəlif bölgələrində terrorçu İŞİD tərəfindən öldürülən məzlum qardaşları yad etməliyik".

Cümə axşamı günü Əfqanıstanın şimalındakı Bəlx əyalətinin mərkəzində yerləşən Məzari-Şərif şəhərində şiə məscidinə qarşı terror hücumunda onlarla namazqılan şəhid olub və ya yaralanıb, cinayətdən bir neçə saat sonra onun məsuliyyətini İŞİD öz üzərinə götürüb.

Teqlər