Apr 28, 2022 09:51 Asia/Baku
  • Fələstinlilər Qüds Gününə böyük həvəslə hazırlaşırlar

Fələstinlilər dünya müsəlmanlarının həmrəyliyinə arxalanaraq Qüds Gününə böyük həvəslə hazırlaşırlar.

SəhərAzəri-nin məlumatına əsasən, bəlkə də bu həvəs builki Qüds Gününün qabarıq xüsusiyyətlərindən biri hesab oluna bilər. Son bir neçə ildə koronavirus pandemiyasının yayılması ilə əlaqədar bütün dünyada, o cümlədən Ümumdünya Qüds Günü münasibəti ilə toplantıların keçirilməsi fiziki məhdudiyyətlərlə üzləşdi. Bu il isə xəstəliyin nisbi azalması və insanların vaksina qəbul etməsi ilə mərasimin fiziki keçirilməsi üçün əlverişli şərait yaranıb.

Amma daha mühüm səbəbləri işğal olunmuş ərazilərdə və regionda gedən proseslərdə axtarmaq lazımdır.

 Fələstinin daxilində müqavimət qruplarının ortaq məxrəcə gəldiyi həqiqət bundan ibarətdir ki, fələstinlilərin hüquqlarının reallaşması müqavimət və mübarizədən keçir və bu strategiya tam sübuta yetirilib. Yalnız bu yolla sionist rejimi öz ambisiyalarından geri oturtmaq mümkündür. Bu məsələ ona görə əhəmiyyətlidir ki, bəzi fələstinlilərin güzəştə getməsi və onların danışıqlar yolu ilə minimum hüquqlarını təmin etmək ümidi fələstinlilər arasında ən böyük narazılığa səbəb olmuşdu.

Artıq hər kəsə məlumdur ki, İsrail rejimi ekspansionist siyasətini inkişaf etdirməkdən əl çəkmir və Fələstin torpaqlarını qaytarmaq yerinə onları sürətlə yəhudiləşdirməklə məşğuldur. Sülh danışıqları isə gözdən pərdə asmaqdan başqa bir şey deyil. Ona görə də sir deyil ki, fələstinlilərin qarşısında müqavimət və mübarizədən başqa alternativ yoxdur və bu, hətta vaxtilə danışıqlara və güzəştə getməyə hazır olanların belə öz mövqelərini dəyişmələrinə səbəb olub, Mübarizə və müqavimət Qəzzə və İordan Çayının Qərb Sahilinin ortaq mövqeyinə çevrilib.

Belə bir şəraitdə mübarək Ramazan ayının son cüməsi Ümumdünya Qüds günündə dünya müsəlmanlarının və azad insanların məzlum Fələstin xalqı ilə həmrəyliyini bəyan etməsi böyük əhəmiyyət kəsb edir.

İran İslam İnqilabının Aliməqamlı Rəhbəri Həzrət Ayətullahül-uzma Xamenei işğal olunmuş ərazilərdə baş verən hazırkı hadisələri nəzərə alaraq, Qüds gününü əvvəlki illərdən fərqli hesab edərək buyurmuşdur: “Fələstin xalqı və gəncləri böyük fədakarlıqlar göstərirlər, sionist rejim isə son dərəcə rəzillik edir və olmazın cinayətlərə əl artır. cinayətlər. Ümid edirik ki, Allahın lütfü ilə fələstinlilərin öz torpaqları və Məscidül-Əqsa üzərində hökmranlığı tezliklə gerçəkləşəcək.”

Teqlər