Ərəb Liqası xəbərdarlıq etdi
Fələstin torpaqlarında yeni sionist massivlər salınır
Sionist rejim işğal planını daha da genişləndirir, Fələstin torpaqlarında yeni sionist massivlər salınır
SəhərAzəri-nin məlumatına əsasən, Ərəb Dövlətləri Liqası İsrail rejiminin İordan Çayının Qərb sahilində 4000 yeni məskunlaşma məntəqəsinin tikilməsi və əl-Xəlil əyalətinin cənubunda 12 kəndin sökülməsi və fələstinlilərin köçürülməsi qərarının mənfi nəticələri barədə xəbərdarlıq edib.
Ərəb Liqasının bəyanatında bildirilib ki, İsrailin sözügedən qeyri-məqbul layihələrinin beynəlxalq sabitliyə və təhlükəsizliyə göstərdiyi mənfi təsirləri bu rejimin Fələstin xalqına qarşı davamlı irqi təmizləmə siyasəti kontekstində baş verir.
Əlavə edilib ki, bu layihələr irqi ayrıseçkilik və irqi təmizləmə məsələsində ən açıq-aşkar nümunələrdir ki, beynəlxalq ictimaiyyətin sükutu qarşısında baş verir və İsraili bu kimi cinayətlərini davam etdirməsində daha da cürətləndirir.
Təşkilat, həmçinin Fələstin xalqının beynəlxalq müdafiəsinin təmin edilməsi və işğala son qoyulması üçün səylərin vacibliyini vurğulayıb.
Qeyd edək ki, İsrailin Ali Məhkəməsi azı dörd min fələstinlinin köçürülməsi və 300 hektar əraziyə əl qoyulması ilə bağlı bağlı qərarı təsdiqləyib. Sionist rejim ordusu 1981-ci ildən, dörd min fələstinlinin məskunlaşdığı bu bölgəni hərbi təlimlər üçün nəzədə tutduğunu elan edib. Fələstin mətbuatının məlumatına görə, bu sayda fələstinlinin köçürülməsi və böyük ərazilərə əl qoyulması 1967-ci ildən bu aya ən böyük köçürmə planıdır.