Şirin Əbu-Aqilənin cənazəsi müşayiət olunub
Əlcəzirə telekanalının fələstinli müxbiri şəhidə Şirin Əbu-Aqilənin cənazəsi Fələstin xalqı və rəsmilərinin geniş iştirakı ilə İordan çayının qərb sahilində müşayiət olunub.
SəhərAzəri-nin məlumatına əsasən, sionist rejim hərbçiləri dünən, qəsb edilmiş ərazilərdə yerlşən Cenin düşərgəsinə basqın zamanı Əlcəzirə telekanalının fələstinli müxbiri Şirin Əbu-Aqiləni öz atəşləri ilə şəhid etdilər.
Əlcəzirə telekanalı müxbirinin cənazəsi sabah axşam valideynlərinin kənarında dəfn edilməzdən öncə Bab-ul-Xəlildə yerləşən katolik kilsəsinə köçürüləcək.
Fələstin muxtariyyətinin başçısı Mahmud Abbas Şirin Əbu-Aqilənin cənazəsinin müşayiət olunması mərasimində deyib: Biz cinayətkarlara inanmırıq və dərhal beynəlxalq cinayət məhkəməsinə müraciət edəcəyik.
Şirin Əbu-Aqilənin terrorunu pisləyən Livan Müsəlman Din Alimləri Cəmiyyəti Fələstin muxtariyyətinin sionist rejimlə olan təhlükəsizlik koordinasiyalarının dayandırılması və fələstinli qruplar tərəfindən çəkindirici qərarların çıxarılmasını istəyib.
Həmçinin Fələstin İslami Müqavimət Hərəkatı- Həmas-ın hərbi qolu olan Şəhid İzzəddin Qəssam batalyonları Əlcəzirə telekanalının fələstinli müxbiri Şirin Əbu-Aqilənin qəsbkar hərbçilərin atəşlərilə şəhid edilməsini pisləyib.