May 14, 2022 11:31 Asia/Baku

Livan Hizbullah Hərəkatının baş katibi fələstinli jurnalist Şirin Əbu-Aqilənin işğalçı sionistlər tərəfindən şəhid edilməsi ilə bağlı başsağılığı verib və deyib: "Sionist rejimə güzəştə gedən ölkələr Şirin Əbu-Aqilənin şəhadətindən utanmalıdırlar".

SəhərAzəri-nin məlumatına əsasən, Livan Hizbullah Hərəkatının baş katibi Seyid Həsən Nəsullah, cümə günü seçki kampaniyasında etdiyi çıxışında deyib: "Şirin Əbu-Aqilə uzun illər düşmənin cinayətlərinin, Fələstin xalqının məzlumluğunun, qətllərin və insan haqlarının pozuntularının şahidi olub və bu gün o cinayətlərdən birində məzlumcasına şəhid oldu". 

Şirin Əbu-Aqilənin şəhadətinin arxasında duran güclü mesaj onun xristian olmasıdır, deyən Hizbullah rəhbəri vurğulayıb: "İsrail düşməni Fələstində müsəlman və xristian arasında fərq qoymur. İsrail rejiminin qəddar təbiətinin Fələstində, Misirdə və Livanda bənzər təzahürləri var. Bu düşmənin reallığı və onun vəhşiliyi dəyişməyib".

Livan Hizbullahının baş katibi bu cinayətdən ilk xəcalət çəkənlərin sionist varlıq ilə əlaqələrin normallaşdırılmasını tələb edənlər olduğunu bildirərək, qeyd edib ki, hər kəs rejimin irqçi və qeyri-insani siyasətlərinin riski altındadır.

Nəsrullah, həmçinin Livandakı hadisələrə də toxunaraq, deyib: "Bir daha xatırlatmalıyam ki, hazırda seçki kampaniyasının tərkib hissəsi olan İran və Suriya işğalçılara qarşı müqavimətə kömək ediblər,  ABŞ və bəzi ərəb ölkələri isə İsrailə dəstək verib".

Livan Hizbullahının baş katibi əlavə edib: "Sionist düşmən Livan xalqının müqavimətdən və müqavimətin silahlarından əl çəkməsini istəyir və mühasirə, təzyiq, ittihamlar və faktları təhrif etməklə müqaviməti təcrid etməyə çalışır".

Nəsrullah müqavimətin silahının nə elektrik enerjisi planının həyata keçirilməsinə və ya bəndlərin tikintisinə mane olmadığını, nə də ki, ötən dekadalardakı faciəli maliyyə siyasətlərini təyin etmədiyini bildirərək, deyib: "Bu ABŞ-dır ki, özünə bağlı qruplarla birlikdə əmanətçilərin pullarını qaçaqmalçılıq yolu ilə Livandan çıxarır və Livan xalqını ac saxlamağa çalışır".

Teqlər