Sionist qəsəbə sakinləri Məscidül-Əqsaya hücum ediblər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i389788-sionist_qəsəbə_sakinləri_məscidül_Əqsaya_hücum_ediblər
Sionist qəsəbə sakinləri öz təcavüzkar hərəkətlərinin davamında bir daha Məscidül-Əqsaya basqın ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 06, 2022 08:23 Asia/Baku
  • Məscidül-Əqsa
    Məscidül-Əqsa

Sionist qəsəbə sakinləri öz təcavüzkar hərəkətlərinin davamında bir daha Məscidül-Əqsaya basqın ediblər.

SəhərAzəri-nin məlumatına əsasən, Onlarla sionist qəsəbə sakini bu gün sionist hərbçiləri dəstəyi sayəsində bir daha Məscidül-Əqsaya hücum ediblər. 

Qəsəbə sakinləri Babul Muğaribədən Əl-Əqsa məscidinə daxil olublar və orada təxribat törədiblər. 

Bu elə bir haldadır ki, bundan əvvəl Fələstin İslami Müqavimət Hərəkatının (HƏMAS) lideri Xalid Məşəl bildirib ki, Fələstin xalqı Əl-Əqsa məscidinin yəhudiləşdirilməsinə, onun parçalanmasına və ya dağıdılmasına icazə verməyəcək və sionistlərin Əl-Əqsa üzərində hər hansı qəyyumluğuna və ya dini və siyasi suverenliyinə icazə verməyəcək.

Bundan əvvəl HƏMAS-ın siyasi bürosunun rəhbəri İsmayıl Həniyyə də sionist işğalçıların Məscidül-Əqsadakı son cinayətlərinə və Qüdsdəki təxribatçı bayraq yürüşünə toxunaraq, bütün tərəflərin bütün tərəflərin Məscidül-Əqsanı və onun İslami kimliyini müdafiə etməli olduğunu vurğulayıb.