İyun 10, 2022 11:17 Asia/Baku
  • Seyid Həsən Nəsrullah
    Seyid Həsən Nəsrullah

İsrail rejiminin Kariş qaz yatağındakı hərəkətlərinin Livanın suverenliyini pozduğunu vurğulayan Livan Hizbullahının baş katibi bildirib ki, müqavimət sionist düşmənin Kariş yatağından neft və qaz çıxarmasının qarşısını almaq üçün mütləq şəkildə hərbi və təhlükəsizlik gücünə malikdir.

SəhərAzəri-nin məlumatına əsasən, Bazar günü Livanın dəniz məkanını pozan sionist rejim Aralıq dənizində bir qaz platforması yerləşdirdi. İsrail rejimi bu platforma ilə Livanın ölkə sularında yerləşən Kariş qaz yatağından neft və qaz çıxarmağı planlaşdırır.

Sionist rejimin bu hərəkəti Livan rəsmilərinin kəskin reaksiyaları ilə üzləşib.

Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah vurğulayıb ki, düşmənin “Kariş” yatağından istismar işlərinə başlamasına icazə verilməməlidir.

Nəsrullah həmçinin vurğulayıb ki, sionist rejim bu üzən platformanı və istismar prosesini qoruyub saxlaya bilməz.

Livan Hizbullahının baş katibi qeyd edibdir ki, Livan sularında mövcud olan qaz və neft mənbələri, iqtisadi sahədə ölkəni xilas etmək üçün, yerdə qalan yeganə ümiddir.

Seyid Həsən Nəsrullah qeyd edib ki, Livandakı qüdrətli müqavimət bu ölkənin sərvətlərinin qarət edilməsi qarşısında sakit qala bilməz və qalmayacaq da.

 

Teqlər