İyul 01, 2022 12:42 Asia/Baku
  • Sionist qəsəbə sakinləri Məscidüləqsaya basqın ediblər

Sionist qəsəbə sakinləri sionist rejim hərbçilərinin dəstəyilə neçənci gün dalbadal Məscidüləqsaya təcavüz ediblər.

SəhərAzəri-nin məlumatına əsasən, sionist qəsəbə sakinləri Məscidüləqsanın ərazisinə girdikdən və fələstinlilərlə toqquşduqdan sonra anti-islami şüarlar veriblər.

Belə bir halda, bundan öncə Məscidüləqsanın xətibi Şeyx Əkrəmə Səbri sionist rejimin işğal olunmuş ərazilərdəki düşmənçilik hərəkətləri haqda demişdi ki, Fələstin xalqı heç bir vəchlə bu rejimin bu müqəddəs məscidin hər hansı hissəsinə yiyələnməsinə icazə verməyəcək.

Əkrəmə Səbri fələstinliləri «sürgünə rəğmən, keşikçilər» cüməsində Məscidüləqsada geniş iştiraka çağırıb.

Fələstin müqavimət qrupları da dəfələrlə bildiriblər ki, Fələstin xalqı işğalçının və onun cinayətləri qarşısında bütün sahələrdə möhkəm dayanacaq və Beytülmüqəddəsi və Məscidüləqsanı müdafiə üçün barmaqları tətik üzərində qalacaq.

Teqlər