İyul 12, 2022 12:43 Asia/Baku
  • Sionist hərbçilər
    Sionist hərbçilər

Qəsbkar sionist hərbçilər Əlxəlilin şərqində yerləşən «Bəni Nəim» qəsəbəsində sionistsakinli qəsəbələrin genişləndirilməsinə etiraz edib, onu pisləyən fələstinlilərin toplantısına basqın ediblər.

SəhərAzəri-nin məlumatına əsasən, Sionist rejim fələstinli bölgələrdə öz hökmranlığını təsbit etmək üçün sionistsakinli qəsəbələr salmaqla fələstinli bölgələrin coğrafi quruluşunu dəyişdirmək və bu bölgələrə sionist görkəmi verməyi planlaşdırır.

Əllərində Fələstin bayraqlarını tutan aksiya iştirakçıları öz şüarlarında fələstinlilərin, o sıradan əkinçilərin İordan çayının qərb sahilində yerləşən ərazilərinin ələ keçirilməsilə nəticələnəcək işğalçı rejimin sionistsakinli qəsəbəsalmanı genişləndirilmə siyasətini pisləyiblər.

Qəsbkar hərbçilər aksiya iştirakçılarına hücum zamanı onları döyüb, sonra isə onlara tərəf səs bombaları atıb, gözyaşardıcı qaz işlədiblər.

Sionistlər fələstinlilərin etiraz aksiyasını işıqlandırmaqda olan jurnalistlərə və media fəallarına da hücum ediblər.

Əlxəlilin şərqində yerləşən fələstinlilərin əraziləri və mülklərində inşa edilmiş sionist «Bəni Heyfər» qəsəbəsinin sakinləri son zamanlar bölgədəki ərazilərin dövrəsinə hasar çəkiblər. Onlar bu ərazilərdə bəzi tədbirlər görməklə onların ələ keçirilməsinə zəmin yaradıblar.

BMT-nin Təhlükəsizlik Şurası 23 dekabr 2016-cı il tarixində qəbul etdiyi 2334 saylı qətnamədə sionist rejimdən istədi ki, işğal olunmuş Fələstin ərazilərindəki qəsəbəsalma fəaliyyətlərini dərhal dayandırsın.

 

Teqlər