Bu gün İraqda ümumi matəm elan olunub
-
İraq
Çərşənbə günü axşam İraqın Dəhuk vilayətindəki turizm bölgəsinə edilən hücumdan sonra İraqın baş naziri bu günü ölkədə ümumi matəm elan edib.
SəhərAzəri-nin məlumatına əsasən, Türkiyə ordusunun çərşənbə günü İraqın Kürdüstan bölgəsində yerləşən Dəhuk əyalətindəki "Pehrox" turizm mərkəzinə qarşı artilleriya hücumu nəticəsində azı on bir İraq vətəndaşı, o cümlədən qadın və uşaqlar həlak olub, iyirmi dörd nəfərdən çox insan da yaralanıbdır.
İraqda Türkiyəyə qarşı etiraz və pisləmələr artmaqdadır. İndiyədək bir çox siyasətçi, tanınmış şəxsiyyət və elita,/ sosial şəbəkələrin fəalları ilə yanaşı, Türkiyənin hərəkətlərini pisləyiblər.
Hiddətlənmiş İraq vətəndaşları Nəcəf şəhərində Türkiyə vizası verən ofisə hücum edib, onu bağlayıb və Türkiyə bayrağını aşağı salıblar. Bağdadda da etirazçılar Türkiyə səfirliyinin qarşısına toplaşıblar.
İraqın Bəsrə və Nəsiriyyə şəhərlərində də Türkiyə vizası verən mərkəzlər hiddətlənmiş insanlar tərəfindən bağlanıb və onların videoları sosial şəbəkələrdə yayılıb.
İran Xarici İşlər Nazirliyinin sözçüsü də İraqın “Zaxo” şəhərinə hücumu pisləyib və İran İslam Respublikasının həmin ölkədə sabitlik və təhlükəsizliyə qəti dəstəyini vurğulayıb.