İyul 25, 2022 12:31 Asia/Baku

Sionist ordusunun generalı və əsgərlərin şikayət komitəsinin keçmiş rəhbəri İshaq Brik son açıqlamalarında bu rejimin hava bazalarının bir neçə cəbhədə müharibəyə hazır olmadığını etiraf edib.

SəhərAzəri-nin məlumatına əsasən, o, "Haaretz" qəzetindəki təhlilində yazıb: "Hərbi hava qüvvələrinin bazaları gələcək çoxcəbhəli müharibədə düşmən üçün strateji hədəfdir. Nöqtə atışlı raketlər bir neçə yüz kiloluq döyüş başlığı ilə atılacaq. Həmçinin, pilotsuz uçuş aparatları yüzlərlə kilometr məsafədən bu bazaları hədəfə alacaq"

İ. Brik vurğulayıb: "Hərbi hava qüvvələri bu məsələyə hazır deyil. Hətta çoxcəbhəli müharibədə işin davam etdirilməsini təmin etmək üçün canlı qüvvə və avadanlıqlar baxımından qeyd olunan bazalarda mövcud olan bir neçə obyekt də sürətlə xarab olur."

Sionist general qeyd edib ki, hərbi hava qüvvələrində uzun illərdir ki, mütəşəkkil iş aparılmayıb və ehtiyat batalyon yaranandan İsrail ordusu onları tanımır. Bu, ciddi işçi qüvvəsi və texnika çatışmazlığına səbəb olub və bu üzdən sözügedən batalyonlar gələcək müharibədə öz vəzifələrini yerinə yetirə bilməyəcəklər.

Sionist rejimi generalı əlavə edib: "Bazalarda olan batalyonların əksəriyyəti bugün dağılmış vəziyyətə salınıb. Yanğını söndürmək üçün heç bir vəzifə və vasitə yoxdur, bazada demək olar ki, təcili yardım maşınları, nəqliyyat vasitələri və s. görünmür."

O, bir müddət əvvəlki məqaləsində yazmışdı ki, sionist rejim hərtərəfli müharibəyə girərsə, ən pis senari ilə üzləşəcək və qarşıdan gələn müharibə çox böyük itkilərə səbəb olacaq.

Brik vurğulayıb ki, İsrail ordusu müharibəyə girməyə hazır deyil, eyni zamanda komandirlər və hərbi vəzifəlilər orduda olan çatışmazlıqlara, problemlərə əhəmiyyət vermirlər.

Teqlər