İyul 26, 2022 14:30 Asia/Baku
  • Viam Vəhhab
    Viam Vəhhab

Livanda “Əl-Tövhid Əl-Ərəbi” partiyasının sədri Hizbullah baş katibinin İrandan yanacağın təmin edilməsi ilə bağlı təklifini alqışlayıb. Deyib ki, bu təklifə qarşı çıxmaq, xalqa xəyanət sayılır.

SəhərAzəri-nin məlumatına əsasən, Livan bir ildir ki, kəskin iqtisadi və siyasi böhranla çarpışır. Yanacağın olmaması və dolların qiymətinin/ xüsusən ötən il Beyrut limanında baş verən dəhşətli partlayışdan sonra artması, bu problemlərin daha da kəskinləşməsinə bais olubdur.

Ötən il Livanda yanacaq böhranı zamanı İran İslam Respublikası bu ölkəyə bir neçə yanacaq yükü göndərdi. Bu yüklər Hizbullahın təşkilatçılığı və dəstəyi ilə Livana daxil oldu və bu məsələ Livan müqaviməti üçün bir qələbə adlandırıldı.

“Əl-Tövhid Əl-Ərəbi” partiyasının sədri Viam Vəhhab Hizbullahın baş katibi Seyid Həsən Nəsrullahın İrandan yanacaq tədarükünə dair təklifini böyük və müsbət bir hadisə adlandırıb.

“Əl-Tövhid Əl-Ərəbi” partiyasının sədri deyib: Bu təklif həyata keçirilməli və onunla müxalif olanların hamısı rüsvay edilməlidir. Bu təklifə qarşı çıxmaq, xalqa və onun mənafeyinə xəyanət deməkdir.

Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah bazar ertəsi günü etdiyi çıxışında belə söylədi: Hizbullah İrandan yanacaq idxal etməyə hazırdır, bu şərtlə ki, Livan hökuməti bu məsələni qəbul etmiş olsun. Amma Livanda heç kəsin bu işi görməyə cürəti çatmır; zira Amerikanın özünə qarşı sanksiyalarından qorxur. Bu gün Rusiya və İran şirkətləri Livanla əməkdaşlığa hazır ola bilərlər, lakin hökumətdə bu cürət yoxdur.

Livan paytaxtının əksər hissələrində suyun kəsilməsi bu ölkə xalqı üçün böyük problemlər yaratdı. Bir neçə həftə təqibdən sonra, nəhayət, evlərin əksəriyyətinin suyu qoşuldu. Vəziyyət adi hala qayıtmasa da, yanacaq və elektrik böhranına görə, qarşıdakı iki ayadək bütün Livanda suyun kəsiləcəyi nigarançılığı var.

 

Teqlər