İyul 29, 2022 11:53 Asia/Baku
  • sionist hərbçilər
    sionist hərbçilər

Onlarla sionist qəsəbə sakini sionist hərbçilərin yaşıl işığı ilə Məscidüləqsaya hücum edib.

SəhərAzəri-nin məlumatına əsasən, Onlarla sionist qəsəbə sakini Məscidüləqsanın ərazisinə daxil olduqdan sonra İslam əleyhinə şüarlar verib. Bu zaman sionistlərlə fələstinlilər arasında toqquşmalar baş verib.

Qeyd edək ki, bundan qabaq Məscidüləqsanın xətibi Şeyx İkrəmə Səbri sionist rejimin işğal olunmuş ərazilərdə və Məscidüləqsadakı düşmənçilik hərəkətləri barədə demişdi ki, Qüdsü qəsb etmiş rejimin bu müqəddəs məsciddəki planları heç vaxt reallaşmayacaq və Fələstin xalqı sionist rejimin məscidin hər hansı bir hissəsinə yiyələnməsinə heç bir vəchlə icazə verməyəcəkdir.

Məscidüləqsa son zamanlar sionistlərin/ sionist rejim hərbçilərinin himayəsi ilə kütləvi şəkildə məscidə basqın etmələri və daxil olmalarının şahidi olubdur.

Sionistlər Məscidüləqsaya təcavüzlərini şiddətləndirməklə məscidin zaman və məkan bölgüsünə zəmin yaratmağa çalışırlar.

 

Teqlər