Sədr Hərəkatı Əl-Kaziminin dialoq çağırışını rədd edib
İraqın Sədr Hərəkatı bu ölkənin baş nazirinin dialoq çağırışını rədd edib.
SəhərAzəri-nin məlumatına əsasən, İraqın baş naziri Mustafa Əl-Kazimi bazar ertəsi axşam "İraq Şiələrinin Koordinasiya Çərçivəsi" və Sədr Fraksiyasının tərəfdarlarının nümayişlərindən sonra verdiyi açıqlamada mövcud böhranın siyasi həllinə nail olmaq üçün bütün tərəfləri milli dialoq masasına oturmağa çağırıb.
"Əl-Qüds Əl-Ərəbi"nin məlumatına görə, Sədr hərəkatının liderlərindən olan Cabir əl-Xəfaci Mustafa Əl-Kazeminin danışıq dəvətinə qarşı olduqlarını bildirib və deyib: "Nə yamaq həlləri qəbul etməyəcəyik, nə də dəyirmi masa arxasında oturacağıq və inanırıq ki, ölkənin köklü dəyişikliyə ehtiyacı var".
İraqdakı siyasi durum, ölkədəki siyasi qüvvələrin yeni hökumətin təşkili, həmçinin prezident və baş nazirin seçilməsi məsələləri üstündə ortaq məxrəcə gəlməmələri nəticəsində və parlament seçkiləri nəticələrinin elan olunmasından səkkiz aya yaxın bir müddətin keçməsi, habelə Sədr cərəyanının siyasi prosesdən kənara çəkilməsinə rəğmən, günü-gündən mürəkkəbləşir.
Qeyd edək ki, ötən çərşənbədən etibarən yüzlərlə İraqın Sədr hərəkatının tərəfdarı "Məhəmməd Şiə əl-Sudani"nin İraqın baş naziri vəzifəsinə namizədliyinin irəli sürülməsinə etiraz olaraq, Bağdadın Əl-Təhrir meydanına toplaşıblar, daha sonra Bağdad Yaşıl Zonasına daxil olub və İraq parlamentinin binasını işğal ediblər.