Avq 09, 2022 13:26 Asia/Baku
  •  kiberhücumlar
    kiberhücumlar

Sionist rejimin Qəzzə zolağına qarşı yeni təcavüzkarlığının ardınca informasiya mənbələri bu rejimin orqanlarına yeni kiberhücumun edildiyini bildiriblər.

SəhərAzəri-nin məlumatına əsasən, Sionist rejim mediaları çərşənbə axşamı günü bildiriblər ki, bu rejimin bəzi orqanları, o sıradan işğal olunmuş ərazilərdə yerləşən sionist Sderot qəsəbəsinin bələdiyyəsi kiberhücuma məruz qalıb.

Bu mediaların bildirdiklərinə görə, kiberhücumun mənbəyi İraqdan olubdur.

Ötən həftə də sionist rejimin yeddi bazası və virtual sistemi “Əl-Tahirə” adlı iraqlı qrup tərəfindən sındırılmışdı. Həmin kiberhücumda işğal olunmuş ərazilərdə fəaliyyət göstərən bir neçə iri sionist ticarət şirkəti bu iraqlı qrup tərəfindən sındırılmış və onların səhifələrində Əl-Həşdüşşəbi-nin şəkilləri və himnləri yayılmışdı.

Bu, “Əl-Tahirə” haker qrupunun son bir neçə ay ərzində sionist rejimin vebsaytlarına qarşı ikinci kiberhücumu olub. Bu qrup bundan öncə Təl-Əviv meriyasının infrastrukturuna qarşı bir kiber hücumu həyata keçirmişdi. Nəticədə meriyanın vebsaytı, Təl-Əvivin kommunal xidmətlər tətbiqi və vergi sistemi əlçatmaz olmuşdu.

 

Teqlər