Avq 12, 2022 11:48 Asia/Baku
  • Müqavimət
    Müqavimət

Livan Hizbullahının hava hücumundan müdafiə sistemi bu ölkənin səmasına təcavüz etmiş sionist rejimin bir ədəd pilotsuz təyyarəsini hədəfə alıb.

SəhərAzəri-nin məlumatına əsasən, Livan Hizbullahının hava hücumundan müdafiə sistemi sionist rejimin bu pilotsuz təyyarəsini “Bəqa vadisi”nin üzərində nişan alıbdır.

Şəhab və Fələstin Əlyəum informasiya agentliklərinin hər biri öz sosial media hesabında sionist rejimin həmin pilotsuz təyyarəsinə tərəf atəşaçma anını əks etdriən bir videofayl yayıbdır.

Bir neçə həftə bundan qabaq da livanlı informasiya mənbələri müvəqqəti sionist rejimə məxsus olan bir pilotsuz təyyarənin vurulmasından xəbər vermişdilər.

 

Teqlər