Bağdadda legitimliyin və İraq konstitusiyasının tərəfdarları aksiya keçiriblər
Cümə günü İraqın paytaxtı Bağdad və bəzi digər şəhərlərdə legitimliyin və İraq konstitusiyasının tərəfdarları və müdafiəçiləri aksiya keçiriblər.
SəhərAzəri-nin məlumatına əsasən, legitimliyin və İraq konstitusiyasının və dövlət qurumlarının minlərlə tərəfdarı cümə günü axşam yürüşə başlayıblar.
İraqlı qadınlar da bu yürüşdə iştirak etmək və ölkənin qanuni qurumlarına dəstəklərini bəyan etmək üçün Bağdadın müxtəlif bölgələrindən özlərini "Yaşıl Zona"nın ətrafına çatdırıblar.
Eyni zamanda Neynəva və Bəsrə vilayətlərində də legitimlik tərəfdarları yürüşə başlayıb və ölkə konstitusiyasının müdafiəsi üçün şüarlar səsləndiriblər.
İraq Şiələrinin Koordinasiya Çərçivəsi avqustun 3-də bir bəyanat yayaraq, bu çərçivə üzvlərinin yekdil rəyi ilə "Məhəmməd Şia Əl-Sudani"nin İraqın baş naziri vəzifəsinə namizədliyini irəli sürdü ki, Sədr hərəkatının etirazı ilə üzləşdi. Bu etiraz sədrist etirazçıların Bağdadın "Yaşıl Zona"sına və parlament binasına daxil olmasına, sonra isə, parlamentin ətrafında oturaq aksiyalarına səbəb oldu.