Avq 16, 2022 18:32 Asia/Baku
  • İraqın maliyyə naziri istefa verib

İraqın maliyyə naziri Əli Əlavi bu ölkə hökumətinin bugünkü iclasında öz istefa ərizəsini İraqın baş naziri Mustafa Əlkazimiyə təqdim edib.

SəhərAzəri-nin məlumatına əsasən, Əl-Kaziminin razılaşdığı qeyd olunan istefanın səbəbi hələ elan olunmayıbdır.

Əl-Kazimi İraqın neft naziri Ehsan Əbdülcabbarı müvəqqəti olaraq maliyyə nazirliyinin başçısı təyin edib.

İraqın “Əl-Əhd” telekanalı bildirib ki, Əli Əlavinin istefasının səbəblərindən biri, Əl-Kazimi hökumətinin bank sektorundakı korrupsiyaya məhəl və ona son qoymamasıdır.

 

Teqlər