Avq 18, 2022 18:37 Asia/Baku
  • ABŞ 5 gündə Suriyanın 398 neft tankerini oğurlayıb

Amerikalı qüvvələr ötən cümə axşamı günündən bəri İraqdakı bazalarına göndərmək üçün Suriyanın 398 neft tankerini oğurlayıblar.

SəhərAzəri-nin məlumatına əsasən, Amerika çərşənbə axşamı günü, Suriya ilə İraq arasında neft daşıyan tankerlərin tranziti üçün qanunsuz şəkildə saldığı Əlmahmudiyyə keçidindən İraqa Suriyanın 65 neft tankerini göndərib.

Amerika qüvvələri kürd demokratik qüvvələrin köməyilə nəzarətə aldıqları Suriyanın Əlhəsəkə bölgəsindəki əsas neft və qaz yataqlarından müntəzəm və qanunsuz şəkildə yanacaq ixrac edirlər.

89 və 144 ədəd neft tankerindən ibarət karvanlar elə həmin keçiddən Amerikanın İraqdakı bazalarına göndəriliblər. Bu hərəkət xalqların təbii ehtiyatları və sair resurslarını qarət edən və xalqları aclığa sürükləyən Amerikanın əli ilə beynəlxalq prinsiplərin müntəzəm surətdə pozulması üzrə xeyli sayda halın bir hissəsidir.

 

Teqlər