Avq 28, 2022 20:19 Asia/Baku
  • Səud koalisiyası əl-Hudəydənin su mənbələrini kimyəvi maddələrlə çirkləndirib

Yəmən Milli Qurtuluş hökumətinin Su və Ekologiya Nazirliyi səud koalisiyasının əl-Hudəydə əyalətindəki su mənbələrini kimyəvi və radioaktiv maddələr ilə çirkləndirdiyini bildirib.

SəhərAzəri-nin məlumatına əsasən, Yəmən su mənbələri təşkilatının sədr müavini Əbdülkərim əl-Sufyani Ərəbistanın başçılıq etdiyi təcavüzkar səud koalisiyası tərəfindən 2015-ci ilin martından bəri Yəmənin su və ekologiya bölmələrinə tətbiq edilmiş təcavüz və mühasirənin təsirləri barədə bildirib ki, bu təşkilat Yəmənin qərbində yerləşən əl-Hudəydə əyalətindəki bəzi su mənbələrində kimyəvi və radioaktiv maddələr aşkar edibdir.

Əlsufyani bildirib ki, təcavüzkar səud koalisiyası 2015-ci ildən bəri suvarma kanal və sistemləri, su çənlər, nasoslar, maneələr və su bəndləri daxil olmaqla 2995 ədəddən çox su təsisatını dağıdıb.

O, əlavə edib: Beynəlxalq təşkilatların statistikalarına əsasən, iyirmi milyondan çox yəmənli sağlam və içməli su əldə edə bilmir.

Teqlər