Həkim: Erkən seçkilər qanunun qəbulunu və milli hökumətin qurulmasını tələb edir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i392612-həkim_erkən_seçkilər_qanunun_qəbulunu_və_milli_hökumətin_qurulmasını_tələb_edir
İraqdakı "Hikmət" hərəkatının rəhbəri vurğulayıb ki, erkən seçkilər üçün yeni qanunun qəbulu və ölkənin işlərini idarə etmək üçün milli xidmət hökumətinin formalaşması lazımdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 29, 2022 09:58 Asia/Baku
  • Həkim: Erkən seçkilər qanunun qəbulunu və milli hökumətin qurulmasını tələb edir

İraqdakı "Hikmət" hərəkatının rəhbəri vurğulayıb ki, erkən seçkilər üçün yeni qanunun qəbulu və ölkənin işlərini idarə etmək üçün milli xidmət hökumətinin formalaşması lazımdır.

"Sputnik" xəbər agentliyinin məlumatına görə, Seyid Əmmar Əl-Həkim verdiyi bəyanatda deyib: "Siyasi səhnədəki inkişaflar və mövcud böhrana son qoymağın yolları, konstitusiya müddətlərinə riayət etmək və hökuməti formalaşdırmaq "Yeni Nəsil" Hərəkatının lideri Şasvar Əbdül Vahid ilə görüşümüzdə müzakirə etdiyimiz ən mühüm məsələlər idi".

O, milli xidmət hökumətinin formalaşdırılmasının vacibliyini vurğulayıb.

Bu elə bir haldadır ki, Sədr Hərəkatının tərəfdarları parlamentin buraxılması üçün federal məhkəməyə minlərlə şikayət və ərizə təqdim edib və çərşənbə axşamı məhkəmənin qərarını gözləyirlər.

İraqda növbədənkənar parlament seçkiləri 2021-ci il oktyabrın 10-da keçirilib və ölkədəki siyasi cərəyanlar siyasi fikir ayrılıqları səbəbindən yeni hökumət qura bilməyib.