Avq 29, 2022 20:19 Asia/Baku
  • Müqtəda Əs-Sədr siyasətdən geri çəkildi

İraqın Sədr Hərəkatının rəhbəri gözlənilməz bir hərəkətdə siyasi fəaliyyətlərdən tamamilə çəkildiyini elan edib.

"Şəfəq Nyuz"un məlumatına görə,İraqın Sədr Hərəkatının lideri bu gün və Ayətullah Seyid Kazim Hayerinin mühüm bəyanatından sonra bildirib ki, heç vaxt liderlik və mərcəiyyət iddiasında olmayıb və siyasi fəaliyyətlərdən həmişəlik geri çəkilir. 

Ayətullah Seyid Kazim Hayeri Sədr hərəkatının bir çox tərəfdarının və Müqtəda Əs-Sədrin özünün təqlid mərcəyi olaraq, bu gün İraqda xəstəlik və yaş səbəbindən təqlid mərcəyi olaraq, səlahiyyətlərindən imtina etdiyini və təqaüdə çıxdığını bildirib, amma tərəfdarlarına tövsiyə edib ki, İran İslam İnqilabının Alıməqamlı Rəhbəri Həzrət Ayətullahül-üzma Seyid Əli Xameneiyə itaət etsinlər. O, dolayısı ilə Müqtəda Əs-Sədrə xitab edib və Sədr şəhidləri adı ilə İraq xalqı arasında təfriqə salmasını tənqid edib. 

Müqtəsa Əs-Sədr, açıqlamasının davamında atasının məqbərəsinin müəssisəsi, şəhid Sədr muzeyi və şəhid Sədr Mədəniyyət İnstitutu istisna olmaqla Sədr Hərəkatı ilə əlaqəli bütün qurumların bağlanacağını bildirib. 

Teqlər