Avq 30, 2022 10:45 Asia/Baku
  • Təl-Əviv sentyabr ayında Kariş yatağında hasilatdan geri çəkilib

İvrit dilli bir mənbə bildirib ki, sionist rejim "Kariş" yatağından qaz hasilatına başlanmasını oktyabr ayına qədər təxirə salıb.

Livanın cənubundakı Kariş qaz yatağı Beyrut və sionist rejim arasında mübahisə mövzusudur. 

Sionist rejim televiziyasının 12-ci kanalı iddia edib ki, bu rejim və Livan dəniz sərhədlərinin demarkasiyasına dair razılaşmaya yaxınlaşıblar.

Bu sionist kanal iddia edib ki, üzərində işlənən anlaşmaya əsasən, dəniz sərhədlər müəyyən ediləcək, sionist rejim üçün quraşdırılmış qaz platformasından 5 kilometr məsafədə Livan üçün qazçıxarma platforması quraşdırılacaq. Bu platformanın bir hissəsi sionist rejimə aid olduğu iddia edilən sularda yerləşəcək, bir şərtlə ki, Təl-Əviv Livan tərəfində çıxarılan qaz payı müqabilində kompensasiya alacaq. 

Teqlər