Yəmənin dəniz gücünün nümayişi
https://azeri.sahartv.ir/news/qərbi_asia-i392920-yəmənin_dəniz_gücünün_nümayişi
Ukrayna savaşı və dünyadakı enerji böhranı Əlhudəydə-də Yəmən qüvvələrinin paradı və yeni raketlərin nümayişinə səbəb olub. Bunu, Yəmənin ali siyasi şurasının baş katibi deyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 07, 2022 14:10 Asia/Baku
  • Yəmənin dəniz gücünün nümayişi

Ukrayna savaşı və dünyadakı enerji böhranı Əlhudəydə-də Yəmən qüvvələrinin paradı və yeni raketlərin nümayişinə səbəb olub. Bunu, Yəmənin ali siyasi şurasının baş katibi deyib.

SəhərAzəri-nin məlumatına əsasən, Yəmən ordusu qüvvələrinin hərbi-raket paradı son zamanlar bu ölkənin qərbində yerləşən Əlhudəydə limanında keçirilib və Yəmən ordusu və Ənsarullah hərəkatının hərbi gücünün bir hissəsi sərgilənibdir.

Yasir Əlhuri Sənada deyib: Rusiya-Ukrayna müharibəsinin vəziyyəti, qaz böhranı və dəniz keçidiləri vasitəsilə neft nəqliyyatında yaranmış problemlər Əlhudəydə-də Yəmən qüvvələrinin paradı və yeni raketlərin nümayişinə səbəb olub.

Yəmən ali siyasi şurasının baş katibi vurğulayıb: Yəmən hərbi təlim-məşqlər vasitəsilə təcavüzkarlara xeyli sayda mesaj göndərib və onun ən mühümü budur ki, Yəmən ordusu səkkiz ildən sonra, daha, keçmiş səviyyədə deyil; o, geniş imkanlara malik olmaqla düşmənə ağır xəsarətlər vura bilər.