Sen 26, 2022 20:13 Asia/Baku
  • Sionist rejimin parlament seçkiləri öncəsi erkən mübahisələrin başlaması

Sionist rejimin seçkiləri ərəfəsində erkən mübahisələr bu rejimin müharibə naziri Benni Qantzın Netanyahunun başçılıq etdiyi koalisiya kabinetində iştirak etməyəcəyini açıqlamasına səbəb olub.

"Rəy Əl-Youm"un məlumatına görə, sionist rejimin müharibə naziri Benni Qantz vurğulayıb ki, hakimiyyətə qayıtmaq arzusunda olan sionist rejimin keçmiş baş naziri və Likud partiyasının rəhbəri Benyamin Netanyahunun rəhbərlik etdiyi koalisiya kabinetinin bir hissəsi olmayacaq. 

Benni Qantz əlavə edib: "Onun əsas və hazırkı məqsədi noyabrın əvvəlində keçirilməsi planlaşdırılan "Knesset" (Parlament) seçkilərindən sonra geniş milli birlik kabineti formalaşdırmaqdır".

Sionist rejimin qarşıdan gələn seçkiləri son üç ildə Nazirlər Kabinetinin formalaşdırılması üçün keçiriləcək ardıcıl beşinci seçkiləridir. 

Teqlər