İran PUA-ları sionist rejim üçün ən təhlükəli təhdiddir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i394010-İran_pua_ları_sionist_rejim_üçün_ən_təhlükəli_təhdiddir
Sionist rejimin təhlükəsizlik dairələri İranın PUA bacarığından öz nigarançılıqlarını ifadə və bu pilotsuzları sionist rejim üçün ən təhlükəli təhdid hesab edirlər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 12, 2022 17:00 Asia/Baku
  • İran PUA-ları sionist rejim üçün ən təhlükəli təhdiddir

Sionist rejimin təhlükəsizlik dairələri İranın PUA bacarığından öz nigarançılıqlarını ifadə və bu pilotsuzları sionist rejim üçün ən təhlükəli təhdid hesab edirlər.

SəhərAzəri-nin məlumatına əsasən, Sionist rejimin təhlükəsizlik üzrə araşdırma mərkəzi bir məlumatda dünya səviyyəsində pilotsuzlardan istifadənin genişlənməsinin araşdırılmasına, həmçinin sionist rejimin İran İslam Respublikası və müqavimət mehvərinin PUA bacarığından qorxmasına nəzər salıb və İranın PUA layihəsini İsrail rejimi üçün potensial bir təhdid adlandırıb.

Bu mərkəz öz təhqiqatında dünya ölkələrinin PUA-lardan istifadələrinə işarə ilə əlavə edib: PUA-lardan istifadə, hava hücumları təhlükəsinin artdığını göstərir və xatırladır ki, səmadan xeyli sayda vasitələr yolu ilə istifadə edilir.

Bu təhqiqatda deyilir: Uzaq məsafədən idarə olunan və ya avtomatik istiqamətləndirmə qüdrətinə malik olan PUA-ların təhlükəsi, hələ də mühüm olan bombalar və raketlərin təhdidinə əlavə olacaq.