Suriyada neft yatağında partlayış
Okt 23, 2022 12:15 Asia/Baku
Əlməyadin informasiya kanalı dünən axşam təcili bir xəbərdə amerikalı qüvvələrin işğalı altında olan Suriyanın Diyrəzzur bölgəsinin şərqindəki Əl-Ömər neft yatağında partlayışın baş verdiyini bildirib.
SəhərAzəri-nin məlumatına əsasən, Əl-Ömər, Suriyanın ən iri neft yatağıdır. Amerikanın ən böyük hərbi bazası da məhz bu yataqda yerləşir.
Suriya hökuməti dəfələrlə xəbərdarlıq edibdir ki, amerikan hərbçilərin iştirakı qanunsuzdur və ona son qoyacaq.
İndiyədək sözügedən partlayışın başvermə səbəbi müəyyən edilməyibdir.
Deyilənlərə görə, bir naməlum PUA, amerikan qüvvələrin qərargahını bir neçə raketlə hədəfə alıb.