Bir fələstinli gənc anti-sionist əməliyyat keçirib
Noy 03, 2022 13:39 Asia/Baku
Bir fələstinli gənc Məscidüləqsanın giriş qapılarından birində müqavimət əməliyyatı keçirməklə üç sionist qəsəbə sakinini yaralayıb.
SəhərAzəri-nin məlumatına əsasən, sionist qəsəbə sakinlərinə hücum edən bu fələstinli gənc bıçaq zərbələri ilə onlardan üçünü yaralayıb.
İbri mediaları da bildiriblər ki, bu fələstinli öz əməliyyatını Məscidüləqsanın giriş qapılarından olan Babulməclisdə həyata keçirib və sionist hərbçilər dərhal özlərini bu məkana çatdırıb, bu gəncə tərəf atəş açmaqla onu şəhid ediblər.
Sionistlərin bildirdiklərinə görə, bu əməliyyatın icraçısı, işğal olunmuş Qüdsdə yerləşən Beyt-Hənina qəsəbəsindən olan Bədr Amir adlı iyirmi yaşlı fələstinli bir gənc olub.