Noy 09, 2022 21:45 Asia/Baku
  • Sionist rejim İraq-Suriya sərhədindəki partlayışın amilidir

Bəzi mənbələr bu gün səhər saatlarında İraq-Suriya sərhədi yaxınlığında partlayış səsinin eşidilməsindən xəbər verib və onun amilini sionist rejim elan ediblər.

SəhərAzəri-nin məlumatına əsasən, “Sabirin Nyus” teleqram kanalı xəbər veribdir ki, iraqın Əlqaim bölgəsindəki sərhəd zolağında azı dörd partlayış baş verib və sərhəd zolağında qırıcılar və helikopterlərin uçuşları görünübdür.

Müqavimət qüvvələrinin İraq-Suriya sərhəd zolağındakı mövqeləri PUA hücumu hədəfinə çevrilib.

Araşdırmalar göstərir ki, sionist rejim bu hücumun amili olubdur.

Bəzi iraqlı medialar da xəbər veriblər ki, bir logistik karvan İraqın Əlqaim sərhəd keçidindən keçdikdən və Suriya ərazisinə daxil olduqdan sonra hava hücumuna məruz qalıb və iyirmi beş nəfər ölübdür.

Hələ iraqlı və ya suriyalı rəsmilər bu barədə bir reaksiya göstərməyiblər.

 

Teqlər