Speyşer düşərgəsi qətliamı amili İraq hökumətinə təhvil verilib
Beynəlxalq Cinayət Polisi İdarəsi- İnterpol-un İraq daxili işlər nazirliyindəki milli mərkəzi bürosu Speyşer düşərgəsi qətliamının törədilməsində ortaq olmuş terrorçulardan birinin Livandan ekstradisiya olunmasından xəbər verib.
SəhərAzəri-nin məlumatına əsasən, İnterpol-un İraqdakı milli mərkəzi bürosu dünən verdiyi bəyanatda bildiribdir ki, kəşfiyyat təqibindən və xüsusi səylərdən sonra Speyşer düşərgəsi cinayətində ittiham edilən şəxsi anti-terrorizm qanununun dördüncü maddəsinə əsasən, Livan Respublikasından təhvil alıb.
Bəyanatda təqib olunan terrorçunun geri qaytarılması üçün İraqın xarici işlər nazirliyi, İraqın Livandakı səfirliyi, həmçinin İraqın milli kəşfiyyat aparatının İnterpol-un Livan şöbəsilə əməkdaşlıqalarına işarə edilib.
Bəzi iraqlı mənbələr bu şəxsin tam adını Abdullah Yasir Əlsəbavi kimi qeyd ediblər. İnterpol tərəfindən Livanın paytaxtı Beyrutda yaxalanmış bu şəxs, İraqın məhv edilmiş diktatoru Səddam Hüseynin ögey qardaşının nəvəsidir.
2014-cü il iyunun on ikisində İraq, müasir tarixdə ən faciəli cinayətlərdən birinin şahidi oldu. Belə ki, sabiq diktator- Səddamın Bağdaddan şimalda yerləşən Tikrit şəhərindəki saraylarında İraqın mərkəzi və cənubundakı şiə sakinli vilayətlərin əhalisindən təxminən iki min beş yüz gəncin ya başı kəsildi, ya da ki, kütləvi şəkildə gülləbaran edildi.