Noy 15, 2022 00:46 Asia/Baku
  • ABŞ Suriya neftini oğurlamağı davam etdirir

ABŞ qüvvələri neftlə dolu 76 maşını Suriyanın şimalından İraqın şimalına keçirib.

SəhərAzəri-nin məlumatına əsasən, bu barədə Suriyanın dövlət xəbər agentliyi SANA məlumat yayıb.

Agentlik bildirib ki, bu gün ABŞ qüvvələri Suriyanın Həsəkə əyalətindən daha 76 neft maşınını qeyri-qanuni əl-Mahmudiyyə sərhəd keçidindən keçirməklə İraqın şimalına aparıblar.

Əlavə edilib ki, carı ayın 12-də ABŞ qüvvələri Həsəkə əyalətindən İraqın şimalında 93 yük maşını keçiriblər ki, bu maşınlarda neft və buğda yükləri olub.

Qeyd edək ki, ABŞ və onun dəstəklədiyi separatçı kürd bölmələri yəni YPG terror təşkilatı 2014-cü ildən İŞİD-lə mübarizə adı altında bölgəni zəbt etməyə başlayıblar. Hazırda Suriyada Fərat çayının şərq bölgələrinin böyük əksəriyyəti ABŞ və kürd terrorçularının nəzarətindədir.

Teqlər