Dek 03, 2022 11:07 Asia/Baku
  • Aİ işğal olunmuş ərazilərdə şiddətin artmasından narahatlıq ifadə edib

Avropa İttifaqı cümə günü İordan çayının qərb sahili və işğal olunmuş Qüdsdə sionistlər tərəfindən şiddətin artmasından ciddi narahatlıq ifadə edib.

SəhərAzəri-nin məlumatına əsasən, son bir neçə ayda sionist rejim hərbçilərinin İordan çayının qərb sahilinin müxtəlif bölgələrinə, xüsusən də Cenin və Nablusa hücumları intensivləşib və bu hücumlar zamanı onlarla fələstinli şəhid olub, yüzlərlə insan isə yaralanıb.

"İran Press"in məlumatına görə, Avropa İttifaqı bildirib ki, cəmi 72 saat ərzində 10 fələstinlinin həlak olması İsrail ordusunun ölümcül silahlardan istifadə etdiyini göstərir ki, bu da beynəlxalq hüquqa ziddir. 

Fələstinin Səhiyyə Nazirliyi son 72 saat ərzində 10 fələstinli gəncin sionist hərbçilər tərəfindən şəhid edildiyini açıqlayıb.

Sionist hərbçilər cümə günü axşam saatlarında ən son cinayətlərində azadə fələstinli məhbus Əmmar Həmdi Müflehi Nablusun cənubundakı Həvarə qəsəbəsində yaxın məsafədən şəhid ediblər.

Teqlər