Dek 05, 2022 20:59 Asia/Baku
  • Şeyx Nəim Qasim:

Livan Hizbullahının baş katibinin müavini Amerikanı Livanda xaos yaratmağa çalışmaqda ittiham edib.

SəhərAzəri- "Əl-Əhd" saytının məlumatına görə, Livan Hizbullahının baş katibinin müavini Şeyx Nəim Qasim deyib: "Amerika bu gün İsraili dəstəkləyir və Livanı məhv edir".

Nəim Qasim əlavə edib: "Livanın məhv edilməsi üçün göstərdikləri bütün səbəblər mövcuddur, o cümlədən məzhəb sisteminin təbiəti, eqoizm, korrupsiya və yanlış idarəçilik, lakin ən böyük səbəb ABŞ-ın sanksiyaları, bu ölkənin Livanda xaos yaratmaq üçün daimi səyləri, onu blokadaya alması və elektrik enerjisinin ötürülməsi və ölkələrin Beyrutla qarşılıqlı əlaqəsinə mane olması,  Livanın daxili işlərinə müdaxiləsi,  Amerikanın maraqlarına xidmət edən siyasətləri, liderləri və mövqeləri tətbiq etməyə cəhd etməsidir. Ona görə də bu gün Livanda ən böyük böhran Amerikanın onun daxili işlərinə qarışması və bu ölkəni mühasirəyə almaq cəhdləridir".

Şeyx Nəim Qasim qeyd edib ki, İsrail real təhlükədir və biz onunla bağlı hər zaman ayıq olmalıyıq. İsrail Fələstin, Livan, region və dünya üçün təhlükədir. İsrail işğalçılıqla formalaşıb və cinayət və təcavüzü davam etdirir.  

Livan Hizbullahının baş katibinin müavini vurğulayıb: "Bu gün müqavimət Livanın prinsiplərindən birinə çevrilib. İndi elə bir mərhələdəyik ki, Livanın sütunlarından birinə çevrilmiş və heç kim onu ​​sarsıda bilməyən bu müqavimətə necə sərmayə qoyacağımız soruşulur". 

Teqlər