Sionist telekanal bu rejimin infrastrukturlarına qarşı kiber hücumu etiraf edib
Sionist rejimin "KAN" televiziya kanalı bildirib ki, İsrailin təhlükəsizlik kameraları uzun müddət bir haker qrupunun nəzarəti altında olub amma rejimin təhlükəsizlik qüvvələri onun qarşısını almaq üçün heç bir tədbir görməyiblər.
SəhərAzəri-nin məlumatına əsasən, Sionist rejimin infrastrukturuna müxtəlif qrupların kiberhücumları və həyati əhəmiyyətli məlumatların ələ keçirilməsi və onların yayılması bu rejimin boş kiber əzəmətini dağıdıb.
"KAN" telekanalının məlumatına görə, rejimin təhlükəsizlik qurumu bir il ərzində bir haker qrupunun İsrailin onlarla təhlükəsizlik kamerasını nəzarətə götürdüyünü bilsə də, buna qarşı heç bir tədbir görməyib. Nəticədə qrup keçən il hərbi obyektlər və keçən ay Qüdsdəki hücum da daxil olmaqla işğal olunmuş ərazilərin hər yerindən görüntüləri yayımlayıb.
Bu filmlərdən birində Hayfadakı "Rafael" hərbi mədən şirkətinin ətraf ərazilərinin görüntüləri dərc olunub. Həmçinin Qüds və Təl-Əvivdəki təhlükəsizlik kameralarının görüntüləri dərc edilib.
Kan televiziya kanalı əlavə edib: Bu haker qrupu "Musanın Əsası" adlanır və kameraları hərəkət etdirib böyütməyi bacarıb. Onlar uzun müddət kameralara nəzarət ediblər. Kameraların hakerlərə qarşı mühafizə olunub-olunmaması hələlik bəlli deyil.
"Musanın Əsası" kimi tanınan haker qrupu ötən il noyabrın sonlarında sionist rejimin hökumət məlumatlarını əldə etdiklərini və 5 santimetr dəqiqliklə bu rejimin həyati obyektləri ilə bağlı xəritələr və mühüm məlumatları ələ keçirdiklərini açıqlamışdı.
Livanın "Əl-Modun" xəbər saytı bildirib ki, sözügedən məlumatda işğal altında olan Fələstinin digər bölgələrindən 3D görüntüləri ehtiva edir.
Bununla da yuxarıda adı çəkilən qrup işğal olunmuş Fələstindəki ərazilərin dəqiq havadan görüntülərinin əldə edilməsinə mane olan "beynəlxalq embarqo"dan yan keçə bilib.
Bu qrup sionist rejimin həyati əhəmiyyətli obyektlərinin fotoşəkillərini və xəritələrini əks etdirən bir video lent yayımladı, Musanın Əsası haker qrupu elan etdi ki, bu video sındırılmış və ələ keçirilmiş təfərrüatlı görüntülərə nümunədir.