Dek 22, 2022 16:42 Asia/Baku
  • Deyrəzzorun  qərbində kürd yaraqlılara qarşı aksiya keçirilib

Deyrəzzorun qərbindəki bölgələrin sakinləri Suriyada ABŞ-ın dəstək verdiyi “kürd demokratik qüvvələri” adlı qrupun yaraqlılarının hərəkətləri və cinayətlərinə qarşı aksiya keçiriblər.

SəhərAzəri-nin məlumatına əsasən, aksiya Deyrəzzorun qərbində yerləşən Həvaic-Əlbumsə əhalisi tərəfindən keçirilib.

Etirazçılar “kürd demokratik qüvvələri” adlı qrupun Suriya vətəndaşlarına qarşı cinayətlərinə son qoyulmasını tələb ediblər.

Amerikalı hərbçilər onların tabeliyində olan sözügecən kürd yaraqlıları ilə yanaşı, uzun müddətdir ki, qanunsuz surətdə Suriyanın şimalı və şimal-şərqində iştirak edirlər. Onlar bu ölkənin sərvəti və neft ehtiyatlarını qarət etməkdən əlavə, həmin bölgələrin sakinlərinə qarşı cinayətlər törədirlər.

Suriyanın xalqı və rəsmiləri dəfələrlə yuxarıda adı hallanan kürd ünsürlərin suriyalıların kənd və bölgələrindən qovulmaları, həmçinin Suriyanın nefti və digər milli sərvətlərinin Amerika və onun qərbli müttəfiqləri tərəfindən oğurlanmasının dayandırılmasını tələb ediblər.

 

Teqlər