İsrail rejimi Mərkəzi Asiyanı növbəti hədəfinə çevirir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i395993-İsrail_rejimi_mərkəzi_asiyanı_növbəti_hədəfinə_çevirir
Sionist İsrail rejimi xərçəngvari nüfuz siyasəti çərçivəsində Mərkəzi Asiya ölkələrini özünün yeni poliqonuna çevirməyə can atır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 22, 2022 13:32 Asia/Baku
  • İsrail rejimi Mərkəzi Asiyanı növbəti hədəfinə çevirir

Sionist İsrail rejimi xərçəngvari nüfuz siyasəti çərçivəsində Mərkəzi Asiya ölkələrini özünün yeni poliqonuna çevirməyə can atır.

SəhərAzəri-nin məlumatına əsasən, İsrailin Xarici İşlər Nazirliyi öz tvitində bu barədə bildirib ki, yaxın günlərdə nazirlik Mərkəzi Asiya ölkələri - Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan və Tacikistandan nümayəndə heyətini qəbul edəcəkdir.

Qeyd olunur ki, nümayəndə heyətinin əsas diqqəti BMT-nin Narkotiklər və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi ilə əməkdaşlıq çərçivəsində sərhədlərin mühafizəsi və və cinayətkarlıqla mübarizəyə yönəlib.

Nümayəndə heyətinin İsrailə səfəri çərçivəsində Milli Kibertəhlükəsizlik Təşkilatı, Çirkli Pulların Yuyulması Təşkilatı, Ədliyyə Nazirliyi və işğalçı rejimin digər müvafiq qurumları ilə görüşlər keçiriləcək.

Sionist rejim illərdir Mərkəzi Asiya ölkələri ilə iqtisadi, siyasi və hərbi təhlükəsizlik sahələrində əlaqələrini dərinləşdirməyə çalışır və bəzi region ölkələrində onun gizli fəaliyyətləri müşahidə olunur.

Rejim nümayəndələrinin Tacikistan rəsmiləri ilə ikitərəfli münasibətləri dərinləşdirmək üçün etdiyi səfərlər və ikitərəfli görüşlər isə daha çox diqqət çəkir.

Deyilənlərə görə İran faktoru bu təmasların məğzini təşkil edir və sionistlər Cənubi Qafqaz ölkəsi olan Azərbaycan Respublikasında olduğu kimi Mərkəzi Asiyada da öz casusluq yuvalarını qurmaq niyyətindədirlər.