Təl-Əvivin şərqində atışma və partlayış olub; 2 nəfər yaralanıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i396112-təl_Əvivin_şərqində_atışma_və_partlayış_olub_2_nəfər_yaralanıb
Sionist rejimin bir xəbər portalı bazar günü axşam saatlarında Tel-Əvivin şərq hissəsində partlayış və atışmanın baş verdiyini bildirib.
(last modified 2024-10-16T10:36:13+00:00 )
Dek 26, 2022 10:55 Asia/Baku
  • Təl-Əvivin şərqində atışma və partlayış olub; 2 nəfər yaralanıb

Sionist rejimin bir xəbər portalı bazar günü axşam saatlarında Tel-Əvivin şərq hissəsində partlayış və atışmanın baş verdiyini bildirib.

İvrit dilli "Mafzaki Ra'am" xəbər saytı "Bəttah-Təkfa" bölgəsində baş verən partlayışda iki nəfərin yaralandığını bildirib.

Eyni zamanda ivrit dilli Kan kanalı da Bəttah-Təkfada atışma nəticəsində 2 nəfərin yaralandığını, onlardan birinin vəziyyətinin ağır olduğunu açıqlayıb.

Sionist mediası bu hadisəni cinayət elan edib.