Dəməşq: ABŞ-ın Suriyaya qarşı bəzi sanksiyaları dayandırmaq qərarı aldadıcıdır
Suriya Xarici İşlər Nazirliyi öz açıqlamasında ABŞ-ın zəlzələdən zərərçəkənlərə yardım məqsədi ilə bu ölkəyə qarşı sanksiyaların bir hissəsinin dayandırılması qərarını aldadıcı və yalan adlandırıb. ABŞ Maliyyə Nazirliyi cümə günü səhər saatlarında yayımladığı məlumatda, zəlzələ qurbanlarına yardım göstərilməsinə icazə vermək üçün Suriyaya qarşı bəzi sanksiyaları 180 gün müddətinə dayandıracaq.
SəhərAzəri-nin məlumatına görə, bu bəyanatda deyilir: Suriyanın blokadasının qaldırılması ilə bağlı geniş beynəlxalq müraicətlərin fonunda, xüsusilə də də bu ölkədə baş vermiş dağıdıcı zəlzələdən sonra ABŞ hökuməti yeni yayındırıcı qərar verib ki, qismən və müvəqqəti olaraq Suriya xalqına qarşı bəzi sanksiyaları və ağır birtərəfli qadağaları dayandırılır.
Bu bəyanatda həmçinin: Birləşmiş Ştatların subyektiv fonda sanksiyaları və qərəzli siyasətləri Suriya xalqını öz təbii sərvətlərindən istifadə etməkdən məhrum edib və hökumət qurumlarının yaşayış səviyyəsini yaxşılaşdırılması layihələrini, onların inkişaf perspektivliyinin həyata keçirilməsini və əsas xidmətlərlə təmin etdilməsi imkanlarını məhdudlaşdırıb.
Eləcə də bu bəyanatda bildirilir ki, Maliyyə Nazirliyinin yeni qərarında Vaşinqtonun qeyri-qanuni sanksiyalara davam etdiyi vurğulanır və nəticədə Amerika hökuməti özünün mənfur məqsədini örtməyə çalışaraq Suriya xalqını və dünyanı aldada bilməyəcək və onun zəlzələ qurbanlarının xilas edilməsi və dəstəklənməsi üçün etdiyi cəhdlər heç vaxt öhdəliyində olan məsuliyyətindən boyun qaçırmasına mane ola bilməz.
Xatırladaq ki, Bazar ertəsi səhər Türkiyənin cənubunda və Suriyanın şimalında Rixter cədvəli üzrə 7,8 bal gücündə zəlzələ baş verib. Türkiyə və Suriyada baş verən bu zəlzələdə ölənlərin sayı 22 min nəfəri ötüb.
Qərb ölkələrinin Türkiyəyə yardımına xüsusi diqqət yetirməsindən fərqli olaraq, ağrılı halda əziyyət çəkən Suriya xalqı unudulub. Bu isə, Qərbin insan haqlarına qarşı terror və sığınacaq yaratmaqla tətbiq etdiyi ikili standartdır. Bu arada Qırmızı Xaç komitəsi Suriyada insan faciəsinə göz yummağı qəddar və insanlığa sığmayan bir davranış kimi qiymətləndirib.