Fev 13, 2023 18:31 Asia/Baku
  • Suriyada zəlzələ qurbanlarının sayı artır

Suriyada zəlzələ nəticəsində 4.000-ə yaxın insan həlak olyb.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının fövqəladə hallar üzrə regional direktoru Riçard Brennan brifinqdə bildirib.

Onun sözlərinə görə, bu rəqəmlər artmağa davam edəcək.

Brennan əlavə edib ki, dəqiq rəqəmləri söyləmək çətindir, onlar hər gün artır. Suriya hökumətinin nəzarətində olan ərazilərdə 4 minə yaxın insan ölüb, 2500 nəfər yaralanıb, 4500-ə yaxın insan isə yaralanıb.

Qeyd edək ki, İran İslam Respublikası Türkiyəyə yardım göstərdiyi kimi Suriyaya da humanitar yardım göstərməkdə, habelə dağıntılar altında qalan insanları xilas etməkdə əlindən gələni əsirgəməyb.

 

Teqlər