Əmir Abdullahian İraqa səfər edib
İranın xarici işlər naziri İraq xarici işlər nazirinin rəsmi dəvətinə cavab olaraq, bir nümayəndə heyətinin başçılığı ilə Bağdada gedib.
SəhərAzəri-nin məlumatına əsasən, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian İraq prezidenti, baş naziri, parlamentin sədri, Ali Məhkəmə Şurasının sədri və Milli Təhlükəsizlik Şurasının sədri ilə görüşəcək.
Bundan başqa, İranın baş diplomatı həmkarı ilə danışıqlar aparacaq və iki ölkə arasındakı münasibətləri və regional əməkdaşlığı müzakirə edəcək.
Qərbi Asiyanın ərəb ölkələri arasında İraq İranla ən çox mədəni və dini yaxınlığa malikdir.
İran qonşuları arasında İraqla ən uzun sərhədi bölüşür (təxminən 1258 km quru sərhədi və 351 km su sərhədi).
Bu iki ölkənin həm də irqi, tarixi, dil və dini ortaq bağları var. İran və İraqın həmçinin ortaq təhlükəsizlik və iqtisadi maraqları var və oxşar təhdidlərlə üzləşirlər.
İran və İraq arasında son illərdə əlaqələrin genişləndirilməsi çoxlu mədəni, siyasi və dini ortaqlıqlara görə hər zaman iki ölkənin hakimiyyət orqanlarının gündəmində olub.