Bəzi insanların dəyəri yoxdurmu?
Qeyri-hökumət təşkilatları Yəmən böhranına diqqətsizliyi qınaq edib
Birləşmiş Millətlər Təşkilatı bazar ertəsi elan edib ki, indiyədək müharibə qurbanına çevrilmiş Yəmən ölkəsində yaşayan milyonlarla insana 1,2 milyard dollar yardım toplaya bilib.
Toplanan vəsait Birləşmiş Millətlər Təşkilatının istədiyi dörd milyard 300 milyon dollardan çox azdır. Bununla belə, BMT baş katibinin humanitar məsələlər üzrə müavini Martin Qriffits yaxın günlərdə Yəmən üçün toplanan maliyyə yardımının iki milyard dollara çatacağına ümid etdiyini bildirib.
Xatırladaq ki, hal-hazırda Yəmən əhalisinin üçdə ikisi humanitar yardıma möhtac haldadır. Bir sıra qeyri-hökumət təşkilatları və humanitar məsələlərdə fəal qruplar Yəmənə toplanan yardımın az olmasını bu ölkənin beynəlxalq ictimaiyyət tərəfindən “tərk edilməsi” əlaməti kimi qiymətləndiriblər.
Bununla bağlı Norveçin “Qaçqınlar Şurası” təşkilatında Yəmən məsələlərinə cavabdeh olan Erin Hatçinson bildirib ki, Yəmən üçün toplanan rəqəm sanki “bəzi insanların dəyərinin digərlərindən daha az olduğunu” yanasıdır.