Livana qarşı hər hansı hücum müqavimətin dağıdıcı reaksiyası ilə üzləşəcək
https://azeri.sahartv.ir/news/qərbi_asia-i398452-livana_qarşı_hər_hansı_hücum_müqavimətin_dağıdıcı_reaksiyası_ilə_üzləşəcək
Livan Hizbullahının baş katibi sionist rejimin Livana qarşı təhdidlərinə reaksiyada bildirib ki, Livana hər hansı hücum müqavimətin sürətli və dağıdıcı reaksiyası ilə üzləşəcək.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 23, 2023 18:07 Asia/Baku
  • Livana qarşı hər hansı hücum müqavimətin dağıdıcı reaksiyası ilə üzləşəcək

Livan Hizbullahının baş katibi sionist rejimin Livana qarşı təhdidlərinə reaksiyada bildirib ki, Livana hər hansı hücum müqavimətin sürətli və dağıdıcı reaksiyası ilə üzləşəcək.

SəhərAzəri-nin məlumatına əsasən, Seyid Həsən Nəsrullah mübariz komandir Hüseyn Əlşaminin anım mərasimindəki çıxışında qəsb olunmuş Fələstinin şimalında baş verən hadisələrə işarə edib: Həmin hadisələrdə düşmən çaşqınlıq içində idi. Bir çoxları Hizbullahın sükutuna işarə etdi. Hizbullahın sükutu düşmənlə psixoloji müharibə istiqamətindədir.

Livan Hizbullahının baş katibi qeyd edib ki, bu gün İsrail rejimi böhran içindədir.

Bu qəsbkar rejimin tarixində indiyədək bu qədər süstlük, böhran, çaşqınlıq, daxili çəkişmə, məyusluq və etimadsızlıq olmamışdı- deyə, Nəsrullah vurğulayıb.

Nəsrullah həmçinin sionist rejim nazirinin Fələstin xalqının olmaması barədəki sözlərinə işarə ilə, deyib: Sionist başçılar arasında bu həddə axmaqlığın mövcud olduğu zaman başa düşürük ki, bu rejimin sonu yaxınlaşıbdır.