Mart 26, 2023 19:08 Asia/Baku
  • Rüşvətxor atasını təhlükədə görən oğul meydana gəldi

Sionist rejimin baş naziri Benyamin Netanyahunun oğlu işğal olunmuş ərazilərdə onun atasına qarşı misli görünməmiş etirazların ABŞ tərəfindən maliyyələşdiyini deyib.

SəhərAzəri-nin məlumatına əsasən, “ABŞ Dövlət Departamenti İsraildə məhkəmə islahatlarına qarşı hökumət əleyhinə etirazları maliyyələşdirir”,- Netanyahunun oğlu Yair Netanyahu paylaşdığı bir sıra tvit və retvitlərində bildirib.

Onun paylaşdığı tvitlərdən birində İsraildə keçirilən məhkəmə islahatlarına qarşı etirazların arxasında amerikalıların dayandığı deyilir. Bu, tvitə görə, iranlılarla razılığa gəlmək üçün Baş nazirə təzyiq göstərilir.

Şıltaq uşaqlar sayağı, istəyini qəbul etdirə bilmədikdə öz ağalarına qarşı söyüş verməyə başlayan Netanyahu ailəsi həm də korrupsiya ittihamı ilə üz-üzədir. Məhz buna görə də Benyamin Netanyahu hökuməti məhkəmələrin səlahiyyətlərini məhdudlaşdırmaq üçün islahatlar aparmaqda israrlıdır. Bu israr işğal olunmuş ərazilərdə yüzminlərlə adamın 12 həftədir davam edən geniş etiraz aksiyalarına səbəb olub.

 

Teqlər