Əsəd: Səudiyyə Ərəbistanının realist siyasəti regionun maraqlarına uyğundur
https://azeri.sahartv.ir/news/qərbi_asia-i399256-Əsəd_səudiyyə_Ərəbistanının_realist_siyasəti_regionun_maraqlarına_uyğundur
Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan çərşənbə axşamı son 12 ildə ilk dəfə Suriyaya səfər edib və bu ölkənin prezidenti ilə görüıüb.
(last modified 2024-10-16T10:36:13+00:00 )
Apr 19, 2023 13:57 Asia/Baku
  • Əsəd: Səudiyyə Ərəbistanının realist siyasəti regionun maraqlarına uyğundur

Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan çərşənbə axşamı son 12 ildə ilk dəfə Suriyaya səfər edib və bu ölkənin prezidenti ilə görüıüb.

Prezident Bəşşar Əsəd bu gün "Əl-Şəb" sarayında Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Feysəl bin Fərhan ilə görüşündə deyib: "Səudiyyə Ərəbistanının yürütdüyü açıq və real siyasətləri bütün ərəb ölkələri və region ölkələrinə fayda verəcək". 

O, hesab edib ki, dünyada baş verən dəyişikliklər, bu dəyişiklikləri region xalqlarının mənafeyini təmin etmək yolunda sərf etmək üçün indiki mərhələdə ərəb ölkələri arasında əməkdaşlığı, daha da zəruri edir. 

Suriya prezidenti, həmçinin Suriyaya qarşı müharibənin bütün fəsadlarını aradan qaldırmaq, vəziyyəti sabitləşdirmək və ölkənin bütün işğal olunmuş ərazilərini azad etmək üçün ərəb ölkələrini Suriya xalqına dəstək verməyə çağırıb.

Bəşşar Əsəd və Bin Fərhan bu görüşdə, Ər-Riyad və Dəməşq arasında ikitərəfli əlaqələri və regionda və dünyada baş verən hadisələrlə bağlı hər iki tərəfi maraqlandıran məsələləri müzakirə ediblər.

Bu, Səudiyyə Ərəbistanının xarici işlər nazirinin 2011-ci ildə bu Suriyada böhran başlayandan bəri bu ölkəyə ilk səfəridir.