Suriyanın Hava Hücumundan Müdafiəsi Hələbdəki düşmən hücumunu dəf edib
Çərşənbə axşamı səhər, xəbər mənbələri Suriya ordusunun hava hücumundan müdafiə qüvvələrinin Hələb səmasında düşmən hücumunu dəf edildiyini bildirib.
Xəbərdə qeyd olunur ki, Suriyanın rəsmi xəbər agentliyi (SANA) Suriyanın Hələb şəhəri ətrafında bir neçə partlayış səsinin eşidildiyini açıqlayıb. Hücum edən raketlərin qarşısını almaq üçün Suriya ordusunun müdafiə sistemləri işə salınıb.
Hələbdəki partlayışlar haqda məlumatı yayımlayan sionist media qəzeti “Yediot Aharonot” hücumun Hələb beynəlxalq hava limanına yönəldiyini yazıb.
Bəzi yerli mənbələr isə, Suriya Müdafiə Nazirliyinin Hələbdəki zavodlarının sionistlərin hücumunun hədəfləri arasında olduğunu bildirir.
İsrail rejiminin hava hücumları Suriya hökumətinin dəfələrlə BMT və BMT Təhlükəsizlik Şurasına məktublar göndərərək, bu hücumları pisləyən və dayandırmalarını tələb etdiyi bir vaxtda həyata keçirilir.