Amerikalılar da İsraildən beziblər
100 Amerika təşkilatı sionist rejimin aparteidinə qarşı plan hazırlayıb - TƏHLİL
100 Amerika təşkilatı ABŞ-ın sionist rejimin aparteidinə dəstəyini dayandırmaq məqsədi ilə “Aparteiddən Azad Cəmiyyətlər” adlı plan təqdim edib.
SəhərAzəri-nin məlumatına əsasən, Kampaniyanın yaydığı bəyanatda Fələstin xalqının onilliklər ərzində irqçi və ayrı-seçkilik qanunları, məcburi köçkün, blokada, hərəkət məhdudiyyətləri və sistematik insan haqları pozuntuları ilə üzləşdiyi bildirilib.
Bu bəyanatın davamında aparteid rejiminin ləğvini tələb olunub.
Xarırladaq ki, 25 iyul 2022-ci ildə kanadalıları maarifləndirmək və onlara fələstinlilərin zülmü ilə mübarizə səylərində iştirak etmək imkanı vermək məqsədi ilə də Kanadada "Aparteidə qarşı birlikdə" adlı oxşar təşəbbüs elan edildi.
Bundan əvvəl insan haqları təşkilatları bəyanatlar və ya hesabatlar dərc etməklə sionist rejimin aparteid mahiyyətini vurğulayır və pisləyirdilər. Beynəlxalq Amnistiya Təşkilatı 2022-ci ilin fevralında sionist rejimi aparteiddə ittiham edib.
Bu insan haqları təşkilatının 300 səhifəyə yaxın hesabatında İsrail rejiminin aparteidə əsaslanan siyasətlərindən bəhs edilir.
Hesabatda deyilir: “İsrail 1948-ci ildə yarandığı gündən yəhudi demoqrafik hegemonluğunun yaradılması və yəhudi israillilərin rifahı naminə torpaq üzərində nəzarəti maksimum dərəcədə artırmaq kimi açıq-aşkar siyasət yürüdür”.
Beynəlxalq qanunlara, xüsusən də Beynəlxalq Cinayət Məhkəməsinin əsasını qoyduğu Roma Əsasnaməsinə görə, aparteid insanlığa qarşı cinayət hesab olunur.
Aydın məsələdir ki, sionist rejim fələstinlilərə qarşı sistemli şəkildə ayrı-seçkilik edir və bu məsələ işğal olunmuş ərazilərdə, o cümlədən İordan çayının qərb sahilində daha çox ağırdır.
Əlbəttə ki, sionist rejimin fələstinlilərə qarşı qeyri-insani hərəkətləri təkcə aparteidlə məhdudlaşmır, bu rejim həm də yaşayış məntəqələrini inkişaf etdirmək və mümkün qədər çox sionisti məskunlaşdırmaq üçün İordan çayının qərb sahilinin müxtəlif bölgələrində onların torpaqlarını davamlı olaraq qəsb edir.
Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları Şurasının da daxil olduğu insan haqları təşkilatları və qurumlarının hesabatlarına görə, İsrail rejimi dünyada insan haqlarını ən çox pozan rejimlərdən biridir.