İraqın baş naziri: İraqın Fələstin amalları ilə bağlı mövqeyi qətidir
İraqın baş naziri Məhəmməd Şia Əl-Sudani ölkəsinin Fələstin amallarına qəti dəstəyini və İsrailin işğalçılığını pislədiyini vurğulayıb.
SəhərAzəri-nin məlumatına görə, İraqın baş naziri 12 ildən sonra bazar günü Suriya prezidenti ilə görüşmək üçün bu ölkənin paytaxtı Dəməşqə rəsmi səfərə gedib.
Suriya prezidenti Bəşər Əsədlə birlikdə Dəməşqdə keçirdiyi birgə mətbuat konfransında Əl-Sudani Suriya və İraqın iki ölkə sərhədində üzləşdiyi ümumi təhlükəsizlik problemlərini vurğulayib.
Sudani deyib: "İraq və Suriya bir-birinə bağlıdır və ortaq bağlara malikdirlər. İraq və Suriyanın qarşılaşdığı çətinliklərin öhdəsindən gəlmək üçün koordinasiya çox vacibdir. Təhlükəsizlik və sabitlik digər məsələlərlə mübarizədə birliyimizi gücləndirir. İraq Suriyaya dəstək verir".
Suriya prezidenti də öz növbəsində iki xalq arasında dərin tarixi əlaqələrə toxunaraq, deyib: "Qardaş ölkə İraq terrora qarşı müharibədə Suriyanın yanında oldu və təcavüzkarların Suriyaya qarşı irəli sürdüyü bütün bəraətləri rədd etdi".
Bəşşar Əsəd daha sonra deyib: "Bizim İraqın çətin anlarda Suriya xalqının yanında olması ilə bağlı ortaq və uzunmüddətli keçmişimiz var. İraq müxtəlif forumlarda Suriya hökumətinin və xalqının səsi olub. Suriya dağıdıcı zəlzələ ilə üzləşəndə İraq əhəmiyyətli yardım və dəstək göstərib".
O, İraq ordusunun və Xalq Səfərbərlik Qüvvələri Həşdüş-Şəbinin terrorla mübarizədə göstərdiyi səylərə toxunaraq, əlavə edib: "İraq ordusunu və Xalq Səfərbərlik Qüvvələrini terrorla mübarizə üçün salamlayırıq. Terrorizm regionumuzun ən mühüm problemlərindən biri olaraq, qalır. Əlbəttə Ərəb ölkələri hazırda yaxşı vəziyyətdədirlər".